Putindən xahiş etdim və o da razılaşdı – Dodik

Putindən xahiş etdim və o da razılaşdı – Dodik

Rusiya Avropa Birliyinin Bosniya və Herseqovinadakı sülhməramlı missiyasının səlahiyyət müddətinin uzadılmasını dəstəkləyəcək.

AzerTimes xəbər verir ki, bunu Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb əsilli sədri Milorad Dodik deyib.

“Prezident Vladimir Putindən Rusiyanın sülhməramlı missiyasının səlahiyyət müddətinin uzadılmasına dəstək verməsini xahiş etdim və o, bununla razılaşdı. Vladimir Putin bildirdi ki, əgər sülhməramlı missiyanın səlahiyyət müddətinin uzadılmasında hər hansı gizli məqsəd yoxdursa, bu, Rusiya üçün heç bir problem yaratmayacaq”, – M.Dodik vurğulayıb.

Teqlər: