Putindən Ukrayna ilə bağlı daha bir qərar

Putindən Ukrayna ilə bağlı daha bir qərar

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Nazirlər Kabineti ilə informasiya və mədəniyyət mərkəzlərinin fəaliyyəti haqqında sazişi denonsasiya edən qanunu imzalayıb.

AzerTimes xəbər verir ki, sənəd hüquqi aktların rəsmi internet saytında yerləşdirilib.

“Rusiya Federasiyası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında informasiya və mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyətinin şərtləri haqqında 1998-ci il fevralın 27-də Moskvada imzalanmış Saziş denonsasiya edilsin”, – sənəddə qeyd olunub.

Teqlər: