Biz İrəvana təklif etdik ki, Bakı ilə razılığa gəlsin və Azərbaycanın iki rayonu – Kəlbəcər və Laçın, bütün Qarabağ faktiki olaraq Ermənistanın yurisdiksiyasında qalsın. Amma Ermənistan rəhbərliyi bununla razılaşmadı.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir deyib.
“Biz 10-15 il ərzində Ermənistan rəhbərliyini inandırmağa çalışdıq. Müxtəlif variantlar təklif etdik. Amma sonda hamısı puç oldu. Onlara dedik ki, bəs, nə edəcəksiniz. Cavab verdilər ki, savaşacağıq. Sonda hər şey bügünkü vəziyyətlə nəticələndi”, – o bildirib.