Putindən müsahibə alan ilk amerikalı jurnalist vəfat etdi

Putindən müsahibə alan ilk amerikalı jurnalist vəfat etdi

Amerikalı teleaparıcı və jurnalist Barbara Volters 94 yaşında vəfat edib.

AzerTimes xəbər verir ki, bu barədə ABC kanalı məlumat yayıb.

Onun ölüm səbəbi hələ açıqlanmayıb.

O, karyerası ərzində Riçard Niksondan sonra hər bir Amerika prezidentindən, eləcə də bir çox Hollivud ulduzlarından və digər məşhurlardan müsahibə alıb. 1991-ci ildə Rusiyanın ilk prezidenti Boris Yeltsinlə danışıb. 2001-ci ildə isə Vladimir Putindən müsahibə alan ilk amerikalı jurnalist olub.

Həmçinin, Barbara Vollters 12 “Emmi” Televiziya mükafatına da layiq görülüb.

Teqlər: