Ölkəmizdəki miqrantlar Rusiya qanunlarına və ənənələrinə hörmət etməlidir.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib.
“Bu o deməkdir ki, insanlar dil və etnomədəni baxımdan hazır olmalıdırlar. Əmək miqrantları rus adət-ənənələrini bilməli, qanunlara hörmət etməli və onlara əməl etməlidirlər”, – Kreml rəhbəri bildirib.
Putin eyni zamanda əlavə edib ki, MDB ölkələrində rus dilinin tədris olunduğu məktəblər açılır, digər tədbirlər həyata keçirilir.