Putindən ilginc: Bəşəriyyət tarixində Ukrayna olmayıb!

Putindən ilginc: Bəşəriyyət tarixində Ukrayna olmayıb!

Bəşəriyyət tarixində Ukrayna Sovet Sosialist Respublikası (USSR) yaranana qədər heç bir Ukrayna mövcud olmayıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkinlə görüşündə deyib.

Belə ki, Konstitusiya Məhkəməsinin rəhbəri Rusiya liderinə XVII əsrin ortalarında Fransa kralı XIV Lüdovikin dövründə tərtib edilmiş xəritənin surətini göstərib. O, üzərində Ukraynanın qeyd olunmamasına diqqət çəkib.

“Niyə gətirmişəm? Orada Ukrayna yoxdur”, – deyə Zorkin bildirib.

Putin də öz növbəsində müasir Ukrayna ərazisinin vaxtilə Reç Pospolitanın bir hissəsi olduğunu, sonra isə Moskva krallığına birləşdiyini xatırladıb.

Oktyabr inqilabından sonra hər cür kvazi-dövlət birləşmələri formalaşmağa başladı və Sovet hökuməti Sovet Ukraynasını yaratdı. Bu, hamıya məlumdur. Ondan əvvəl bəşəriyyət tarixində Ukrayna olmayıb”, – Putin bildirib.

Teqlər: