Rusiya Gürcüstanla viza rejimini ləğv edib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.
Fərmana əsasən, mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv olunur.
Prezidentin digər sərəncamı ilə Rusiya aviaşirkətlərinin uçuşlarına və Gürcüstana turların satışına qoyulan qadağalar da aradan qaldırılıb.