Rusiya döyüş əməliyyatlarını başlatmayıb, amma sonlandırmağa çalışır.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“Bir daha demək istəyirəm: Biz heç bir hərbi əməliyyata başlmamışıq, buna son qoymağa çalışırıq. Bu döyüş əməliyyatları 2014-cü ildə dövlət çevrilişi həyata keçirilən zaman Ukraynada millətçilər və onları dəstəkləyənlər tərəfindən başlayıb. Ondan sonra Krım və Donbasda hadisələr oldu”, – dövlət başçısı bildirib.