Putindən fərman: Rus ordusunun sayı artırıldı

Putindən fərman: Rus ordusunun sayı artırıldı

Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayını təxminən 170 min nəfər artırılıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin müvafiq fərman imzalayıb.

Belə ki, sənədə əsasən, silahlı qüvvələrin ştat sayı 2 209 130 nəfər, o cümlədən 1 320 000 hərbi qulluqçu müəyyən edilib.

Yeni sənədin qüvvədən düşdüyü bu mövzu ilə bağlı əvvəlki fərmanda bu rəqəm 2 milyon 39 min 758 nəfər, o cümlədən 1 milyon 150 min 628 nəfər hərbi qulluqçu olub.

Teqlər: