Putindən dünyaya “cazibəli” təklif

Putindən dünyaya “cazibəli” təklif

Rusiya bu il dünya bazarına 50 milyon tondan çox taxıl çıxarmağa hazırdır.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin Belarus həmkarı Lukaşenko ilə bu gün Peterburqda görüşü zamanı deyib.

“Ötən il Rusiya dünya bazarına 40 milyon ton taxıl çıxarmışdı. Bu il – növbəti yaya qədər biz 50 milyon tondan çox taxıl ixrac etməyə hazırıq”, – Putin bildirib.

Qeyd edək ki, Ukraynadakı 20-25 milyon ton civarında ölçülən taxılın ixracına yaradılan maneəni də dünya Rusiyanın təzyiq vasitəsi hesab edir.

Teqlər: