Putindən Batyaya: Bütün məsələlər bunun əsasında həll olur

Putindən Batyaya: Bütün məsələlər bunun əsasında həll olur

Rusiya Prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə görüşüb.

AzerTimes xəbər verir ki, Putin görüşdə Belarusun təkcə yaxşı qonşu deyil, həm də müttəfiq ölkə olduğunu, buna görə də bütün iqtisadi məsələlərin bunun əsasında həll olunduğunu bildirib.

Rusiyanın Belarusda nüvə layihələrini, elmi, kadr hazırlığını daha da inkişaf etdirməyə hazır olduğunu söyləyən Putin iki ölkə arasında münasibətlərin inkişafında iqtisadiyyatın prioritet olduğunu vurğulayıb.

Putin həmçinin Lukaşenkoya ticarəti artırmağa və kosmosda əməkdaşlığı inkişaf etdirməyə söz verib.

Teqlər: