Putin zənglərimə cavab vermir – Berluskoni

Putin zənglərimə cavab vermir – Berluskoni

Ukraynada müharibənin dərhal dayandırmaq üçün imkanlar görmürəm.

AzerTimes xəbər verir ki, bu sözləri İtaliyanın sabiq baş naziri Silvio Berluskoni deyib.

O, Ukraynada hadisələrin təhlükəli istiqamətdə inkişaf etdiyini vurğulayıb:

“Mən Ukraynadakı hadisələrin təhlükəli istiqamət aldığını düşünürəm, çünki müharibəni dərhal dayandırmaq üçün imkanlar görmürəm”.

Berluskoni onu da deyib ki, müharibə başlayandan bəri Vladimir Putinə iki dəfə zəng edib, ancaq cavab olmayıb.

“Bundan sonra mən növbəti cəhdlərdən əl çəkdim”.

Qeyd edək ki, Putin və Berluskoninin dost olduğu bildirilir.

Teqlər: