Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı keçirdiyi mətbuat konfransında bildirib ki, Qərbin Ukrayna Prezidenti Vladimir Zelenskinin yerinə bir neçə namizədi var.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“Düşünürəm ki, Zelenskiyə daha bir il ölkə başçısı kimi tab gətirəcəklər. 2025-ci ilin yazına qədər dözüb, sonra ona əl qoyacaqlar”.
Putin qeyd edib ki, ABŞ Ukrayna rəhbərliyini səfərbərlik yaşını aşağı salmağa, sonra isə Zelenskidən “qurtulmağa” məcbur edəcək.