Putin Zaporojye və Xersonun müstəqilliyini tanıdı – Təcili

Putin Zaporojye və Xersonun müstəqilliyini tanıdı – Təcili

Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətinin müstəqilliyinin tanınması ilə bağlı fərman imzalayıb.

AzerTimes xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına uyğun olaraq, Xerson vilayətinin əhalisinin iradəsini nəzərə alaraq, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit olunmuş xalqların bərabərhüquqlu və öz müqəddəratını təyinetmə prinsipinə əsaslanan 2022-ci il sentyabrın 27-də keçirilən referenduma uyğun qərara alıram: Xerson vilayətinin suverenliyi və müstəqilliyi tanınsın”, – sənəddə deyilir.

İkinci analoji qərarda isə Zaporojye vilayətinin suverenliyi və müstəqilliyinin tanındığı bildirilir.

Teqlər: