Qərbdən gələn təhdidlərə görə Rusiyanın nüvə silahından istifadəsinin mümkünsüzlüyünü dərk edən Putin, yəqin ki, işğalçılar tərəfindən ələ keçirilən Zaporojye AES-də təxribat təşkil etməyi planlaşdırır.
AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.
“Putin Zaporojye AES-i partlatmağı və bunda ukraynalıları ittiham etməyi planlaşdırır. Belə vəziyyət artıq Rusiya üçün ənənəvi hal alıb. Əsir düşərgəsində olduğu kimi eyni hiyləni təkrarlayır. MAQATE nümayəndələri zavoda buraxılmalıdır. Putinin aciz qəzəbi, Ukraynaya və ya Avropaya qarşı nüvə zərbəsinin cəzasız qalmasının mümkünsüzlüyü, onu belə bir təxribata sövq edə bilər”, – Piontkovski bildirib.