Rusiyada yumurtanın bahalaşması istehlakın artması və hakimiyyət orqanlarının vaxtında hərəkətə keçib idxalı çoxaltmaması səbəbindən baş verib.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“İstehsal həcmimiz azalmayıb. İstehlak artıb. Əhalinin real gəlirləri də buna təsir edib, insanların gəlirləri artıb. Yumurta və toyuğu daha çox almağa başladıq. Vaxtında idxal barədə düşünmədik və qiymətlər qalxdı”, – o bildirib.