Ukraynada xüsusi hərbi əməliyyatla bağlı məsələlərin həll edilməsi və müdafiənin gücləndirilməsi yeni prezidentlik müddətində əsas hədəflərdən olacaq.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin qələbə çıxışında deyib.
Qeyd edək ki, ötən gün başa çatan seçkilərdə bülletenlərin 50%-nin sayılmasından sonra Putin 87,34% səslə liderdir.