Putin “Yeltsin ssenarisi” ilə devrilə bilər – Ekspert

Putin “Yeltsin ssenarisi” ilə devrilə bilər – Ekspert

Rusiyada prezident seçkilərinin mart ayına təyin olunduğunu nəzərə alsaq, müharibəni sevməyən və ondan itirəcəkləri çox şey olan rus elitası ilin sonuna qədər Putini bu və ya digər şəkildə vəzifədən uzaqlaşdıracaq. Lakin bu o demək deyil ki, o, fiziki olaraq aradan qaldırılacaq.

AzerTimes xəbər verir ki, bunu ukraynalı politoloq və siyasi strateq Abbas Qalyamov deyib.

O qeyd edib ki, seçki Rusiya siyasətində çox mühüm amildir. Ona görə də Putini sıradan çıxarmağa hazırlaşan elita qrupları varsa, təbii ki, seçkini də nəzərə alacaqlar.

Qalyamov Putinin Rusiya elitasını qorxutmağı bacardığını da xatırladıb:

“Hələ də Rusiya elitası qorxaqdır. Putin onları çox qorxutdu. Ona görə də onların əsl sui-qəsdə hazırlaşdıqlarını təsəvvür etmək mənim üçün olduqca çətindir. Aydındır ki, Putin özü də çaşqındır. Özü də başa düşür ki, dalana dirənib və çıxış yolu yoxdur.

Elita bundan istifadə edib onu hakimiyyəti varisinə vermək istiqamətinə inandıra bilər. Obyektiv olaraq adekvat varisin namizədliyini irəli sürdükdən sonra onun getməsi daha sərfəli olardı ki, varis sistemi qoruyub saxlasın. Hüquq-mühafizə sistemi qorunub saxlansın. Bu, Yeltsinin ssenarisi olardı”.

Teqlər: