Putin yeganə hesablaşdığı şəxs kimdir?

Putin yeganə hesablaşdığı şəxs kimdir?

Rusiya Prezidenti Vladimir Putinin yeganə hesablaşdığı şəxs Ukrayna ilə müharibədən narazılığını bildirib.

AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.

“Rusiyalı iş adamı, “Rusiya” Bankının əsas səhmdarı və Direktorlar Şurasının keçmiş rəhbəri Yuri Kovalçuk Rusiya Müdafiə Nazirliyinin hərəkətləri ilə razılaşmadığını bildirib”, – Piontkovski bildirb.

Onun sözlərinə görə, Kovalçuk Rusiya prezidenti ilə “sən”lə danışan yeganə biznesmendir:

“Putinə çox yaxındır və ona təsir edə biləcək yeganə şəxsdir”.

Piontkovski bildirib ki, Kovalçuk Putini təmizə çıxarmaq və generaliteti ittiham etmək kampaniyasının başında dayanır.

Qeyd edək ki, Yuri Kovalçuku həm də Putinin şəxsi bankiri adlandırırlar.

Teqlər: