Macarıstan ABŞ-ın keçmiş prezidenti Donald Trampın hakimiyyətə mümkün qayıdışını Ukraynada “sülh şansı” kimi qiymətləndirir.
AzerTimes xəbər verir ki, bu sözləri NATO sammitində iştirak üçün Vaşinqtonda olan Macarıstan xarici işlər naziri Peter Siyarto deyib.
O bildirib ki, ölkəsinin məqsədi Rusiya və Ukraynanın iştirak etdiyi sülh danışıqları vasitəsilə müharibəyə son qoymaqdır:
“Düşünürəm ki, onları hətta danışıqlara məcbur etmək üçün çox güclü xarici təzyiq olmalıdır. Qarşıdakı dövrdə kimin bunu etmək şansı var? Yalnız Trampın – əgər prezident seçilərsə”.