Rusiya və Ukrayna liderləri ilə Qara Dəniz Taxıl Təşəbbüsünün bərpası ilə bağlı danışıqlar aparılır, lakin hələlik nəticə yoxdur.
AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitindən sonra jurnalistlərə açıqlamasında deyib.
“Taxıl dəhlizinin yenidən açılmasını təklif edirik və indi bu barədə həm Rusiya, həm də Ukrayna ilə danışıqlar aparırıq. Mövcud məsələ ilə bağlı hələlik heç bir nəticə əldə etməmişik. Rusiya Prezidenti Vladimir Putinlə sonuncu görüşüm də buna həsr olunmuşdu.
NATO sammitində Ukrayna Prezidenti Vladimir Zelenski ilə də məsələni müzakirə etdik. Biz Ukrayna tərəfi ilə taxıl dəhlizi boyunca işləmək istəyirik. Ümid edirəm ki, biz bu dəhlizdən yenidən istifadəyə edə biləcəyik”, – deyə, o qeyd edib.