Putin və Tokayevin KTMT ilə bağlı hədəfi budur

Putin və Tokayevin KTMT ilə bağlı hədəfi budur

Rusiya və Qazaxıstan KTMT-nin potensialını artırmaq, terrorizm, narkotik və digər təhlükələrlə mübarizə mexanizmlərini təkmilləşdirmək niyyətindədir.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya ilə Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə iki ölkə prezidentinin imzaladığı bəyannamədə bildirilib.

“Hər iki ölkə KTMT-nin böhrana cavab mexanizmlərini təkmilləşdirmək, beynəlxalq terrorizm, narkotik vasitələrin və prekursorların qeyri-qanuni istehsalı və dövriyyəsi, mütəşəkkil cinayətkarlıq və digər müasir transsərhəd çağırış və təhdidlərlə mübarizə aparmaq, KTMT-nin sülhməramlı qüvvələrini inkişaf etdirməyi hədəfləyirlər”, – bəyannamədə qeyd olunub.

Eyni zamanda, hər iki ölkə təşkilatın tərəfdaşlıq dairəsinin genişləndirilməsinə töhfə vermək istəyir.

Teqlər: