Putin və Szinpin görüşü ümid vermir – Kirbi

Putin və Szinpin görüşü ümid vermir – Kirbi

Rusiya lideri Vladimir Putin və Çin sədri Si Szinpinin görüşü ABŞ-a Ukrayna münaqişəsinin yaxın gələcəkdə həll olacağına o qədər də ümid vermir.

AzerTimes xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi deyib.

Kirbinin sözlərinə görə, söhbət zamanı ölkə liderləri Ukraynada hərbi əməliyyatların dayandırılması üçün həll yolları təklif etməyiblər.

Qeyd edək ki, Rusiya lideri Vladimir Putin Çinin təklif etdiyi sülh planının Ukrayna münaqişəsinin həlli üçün əsas götürülə biləcəyini bildirmişdi.

Teqlər: