Rusiya Prezidenti Vladimir Putinlə iranlı həmkarı Məsud Pezeşkian arasında danışıqlar oktyabrın 23-də baş tutacaq.
AzerTimes xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
O bildirib ki, görüş baş tutsa da, BRİKS sammiti çərçivəsində Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanmayacaq:
“Bunun üçün İran prezidentinin Moskvaya ayrıca səfəri həyata keçiriləcək. Belə bir mühüm sənədi tələsik imzalamamaq haqqında qərar qəbul olunub. Ən qısa zamanda səfərin konkret tarixinin razılaşdırılması planlaşdırılır. Böyük ehtimalla tədbir Yeni ilə qədər planlaşdırılacaq və istənilən halda tərəflər onu təxirə salmaq niyyətində deyillər”.