Putin və Paşinyan telefonla danışıb, üçtərəfli razılaşmalara ciddi əməl olunmasının zəruriliyi təsdiqlənib

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri
Nikol Paşinyan arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat
yayıb.

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Ermənistan
Respublikasının baş naziri Nikol Paşinyan arasında telefon danışığı
olub. Qarabağda sabitliyin qorunması ilə bağlı fikir mübadiləsi
davam etdirilib. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9/10
noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixlərində
əldə edilmiş üçtərəfli razılaşmalarına ciddi əməl olunmasının
zəruriliyi təsdiqlənib”, – deyə məlumatda deyilir.

Teqlər: