Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri
Nikol Paşinyan arasında telefon danışığı olub.
AzerTimes-ın məlumatına görə, bu barədə Kremlin saytında
bildirilib.
“Telefon danışığı zamanı Ermənistan, Azərbaycan və Rusiya
liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci
il tarixli Qarabağa dair üçtərəfli bəyanatlarında təsbit olunmuş
sazişlərin icrasının praktiki aspektləri, o cümlədən
Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin
təmin edilməsi məsələləri müzakirə edilib”, – deyə məlumatda
bildirilib.