Putin və Paşinyan Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri
Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

AzerTimes-ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidmətindən
bildiriblər.

“Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında Qarabağa
dair üçtərəfli sazişlərin icrası, o cümlədən atəşkəs rejiminə
riayət olunması və Cənubi Qafqazda nəqliyyat-logistika əlaqələrinin
bərpası ilə bağlı məsələlər müzakirə edilib”, – deyə mətbuat
xidmətindən bildirilib.

Qeyd edilib ki, telefon danışığı zamanı N.Paşinyan V.Putinə
Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin
normallaşdırılmasına yönəlmiş təmaslardan danışıb.

“Nikol Paşinyan Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə
münasibətlərinin normallaşmasına yönəlmiş son təmaslar barədə
məlumat verib”, – deyə mətbuat xidmətindən bildirilib.