Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə Valaam adasına səfər ediblər.
AzerTimes xəbər verir ki, liderlər Sankt-Peterburqdakı Konstantinovski sarayında ikigünlük danışıqlardan sonra Kronştadta gəliblər və burada dəniz katedralini ziyarət ediblər.
Daha sonra onlar Valaamdakı monastırı ziyarət ediblər.
Qeyd edək ki, liderlər sonuncu dəfə sözügedən adaya 2019-cu ilin iyulunda birgə səfər ediblər.