Xəbər - Orxan Nəbiyev – Trend:
Rusiya prezidenti Vladimir Putinlə Belarus prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
AzerTimes-ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.
Qeyd olunub ki, söhbət əsnasında prezidentlər Qarabağ məsələsini də müzakirə edib:
“Belarus prezidentinin Azərbaycana səfəri kontekstində Qarabağ məsələsi müzakirə olunub”.
Bundan başqa, V.Putin və A.Lukaşenko ikitərəfli münasibətləri müzakirə edib.