Putin və Ərdoğanın danışıq tarixi dəyişdi? – Peskov

Putin və Ərdoğanın danışıq tarixi dəyişdi? – Peskov

Rusiya və Türkiyə prezidentləri – Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı çərşənbə gününə planlaşdırılıb.

AzerTimes xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

“Xeyr, dünən Prezident Putinin bu suala cavab verməsindən sonra heç nə dəyişmədi. Həqiqətən də telefon danışığı, Putinin dediyi kimi, çərşənbə gününə planlaşdırılıb”, – o bildirib.

Qeyd edək ki, iyulun 29-da mətbuat konfransı zamanı Putin çərşənbə günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparacağını bildirib.

Teqlər: