Putin və Ərdoğan telefonla müzakirə apardılar

Putin və Ərdoğan telefonla müzakirə apardılar

Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, liderlər Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər.

“Rusiya dövlət başçısı Vladimir Putin ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. Əsas diqqət Liviya böhranı ilə bağlı problemlərə yönəldilib. Düşmən tərəflərin davamlı atəşkəs istiqamətində real addımlar atmasının və Berlin Konfransı qərarlarına və BMT Təhlükəsizlik Şurasının 2510 saylı Qətnaməsinə uyğun olaraq birbaşa danışıqların başlamasının zərurəti qeyd olunub”,- deyə məlumatda vurğulanıb.

Şübhəsiz ki, danışıqda gizli saxlanılan əsas məsələ isə Putinin sayıqladığı Naxçıvanın Ermənistana qaytarılması məsələsi olub.