Rusiya Prezidenti Vladimir Putin Tehrana səfəri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
AzerTimes xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.
O, üçtərəfli görüşün Putin, Ərdoğan və İbrahim Rəisi arasında olacağını bildirib:
“Tehran səfərinə hazırlıq görülür. Burada Astana prosesinin qarant ölkələrinin liderləri arasında görüş keçiriləcək. Məlum olduğu kimi, bu, Suriyada stabilləşmə prosesi çərçivəsindədir”.
Qeyd edək ki, ötən gün Putin və Ərdoğanın Türkiyədə görüşə biləcəyi haqda məlumat yayılmışdı.