Dekabrın 7-də ABŞ Prezidenti Cozef Bayden və Rusiya Prezidenti Vladimir Putin arasında qorunan videoəlaqə vasitəsilə görüş keçiriləcək.
AzerTimes-ın məlumatına görə, bu barədə Ağ Evdəki mənbəyə istinadən “Reuters” agentliyi xəbər yayıb.
Məlumata əsasən, C.Bayden görüş zamanı V.Putinlə Ukrayna ilə bağlı vəziyyəti və bir sıra digər məsələləri müzakirə etmək niyyətindədir.