İyunun 24-də, Yevgeni Priqojinin rəhbərlik etdiyi “Vaqner”in üsyan qaldırdığı gün Rusiya Prezidenti Vladimir Putin Moskvanı tərk edərək, ən yaxın dostu, oliqarx Yuri Kovalçukun yaxtasında dincəlib.
AzerTimes xəbər verir ki, bu barədə rusiyalı jurnalist Mixail Zıqarın “Nyu York Tayms” üçün qələmə aldığı məqalədə bildirilib.
Qeyd olunub ki, Sankt-Peterburqda məzunların “Qırmızı yelkənlər” bayramını izləyən Putin yaxtada Neva çayı boyunca üzüb, atəşfəşanlığı seyr edib.