Rusiya Prezidenti Almaniyadan olan tanışından Qərb sanksiyaları ilə bağlı lətifə danışıb.
AzerTimes xəbər verir ki, Putin bunu “Valday” klubunda çıxışında deyib.
“Ailədə oğul atadan soruşur.
– Ata, niyə soyuqdur?
– Çünki Rusiya Ukraynaya hücum edib.
– Bəs, bizim burda günahımız nədir?
– Biz ruslara qarşı sanksiya tətbiq etmişik.
– Niyə?
– Çünki onlara çətin olsun.
– Biz bəyəm rusuq?”, – Putin bildirib.
Putin çıxışında avropalı və amerikalıları Rusiyanın düşmənçiliyinə inanmamağa çağırıb:
“O ki qaldı Qərb ölkələrinin – həm ABŞ-ın, həm də Avropanın sadə vətəndaşlarına mesajımıza, ən əsası demək istəyirəm ki, əmək haqqının artırılması üçün mübarizə aparın. İkincisi, inanmayın ki, Rusiya sizin düşməninizdir. Hətta düşməniniz deyil, Rusiya sizin dostunuzdur. Rusiya düşmən deyil və heç vaxt Avropa dövlətlərinə və ABŞ-a qarşı pis niyyəti olmayıb və biz bilirik ki, bizim, Rusiyanın orada çoxlu dostları var”.