Ukrayna Silahlı Qüvvələri əks-hücum başlayandan bəri 71,5 min nəfər itirib.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Valdimir Putin Şərq İqtisadi Forumunda çıxışında deyib.
“Ukraynanın əks-hücumunun nəticələri yoxdur, amma itkiləri böyükdür. Eləcə də Ukrayna ordusu 543 tank və 18 min zirehli maşın itirib”, – Putin bildirib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi gündəlik hesabatında ötən ilin fevralından bəri Ukrayna ordusunun 11 779 tank və digər zirehli texnika itirdiyini qeyd edib.