Putin Ukraynadakı hədəflərini dəyişdi

Putin Ukraynadakı hədəflərini dəyişdi

Rusiya Prezidenti Vladimir Putin hələ də bütün Ukraynanı işğal etmək istəyir, lakin Kreml bunu mümkün qədər təhrif etməyə çalışır.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Rusiyanın strateji məqsədləri dəyişməz olaraq qalır: Kiyevdə rejim dəyişikliyinə nail olmaq və Ukraynanın əksər hissəsinə ərazi nəzarətini təmin etmək”, – məlumatda deyilib.

Qeyd olunur ki, Putinin avqustun 15-də “Ordu-2022” forumunda çıxışı hər şeyə aydınlıq gətirir:

“Kreml rəhbəri çıxışında Rusiya və “Donbas” qüvvələrinin Rusiya uğrunda döyüşdüyünü və Donbası “azad etdiyini” bəyan edir. Daha sonra Putin Rusiyanın Ukraynadakı müharibəsinin məqsədlərindən danışır. Donbasdan kənar ərazilərin adını çəkmir. Bu onun əvvəllər bəyan etdiyi bütün Ukraynanın “denasifikasiya” və “demilitarizasiya” siyasətilə kəskin ziddiyyət təşkil edir. Putinin bəyanatı Rusiyanın Xerson və Zaporojye vilayətlərinin işğal olunmuş hissələrinin Rusiyaya birləşdirilməsi istiqamətindəki hərəkətləri ilə də bir araya sığmır”.

Teqlər: