Ukraynanın vəziyyəti silah qıtlığı, Qərbdə ictimai dəstəyin zəifləməsi, artan daxili siyasi rəqabət kimi problemlərin yığılması ilə pisləşir. Buna paralel olaraq isə Rusiya Qərbin təcridlərinə müqavimət göstərməyi bacarır. Ukrayna Rusiyanın fonunda getdikcə daha çox təcrid olunur. Qərb ölkələri lazımi silahların tədarükü ilə bağlı Kiyevə verdiyi vədlərə əməl etmədi, bu isə Ukrayna ordusunun yaydakı əks-hücumunun uğursuzluğunu izah edir. Fransa Prezidenti Makronun vəd etdiyi hərbi iqtisadiyyat isə real bəhrə vermədi. Avropanın Ukraynaya vədləri fonunda Rusiya hərbi sənayesi savaş rejiminə keçdi və bunun hesabına Moskva döyüş meydanında güc balansını öz xeyrinə dəyişə bilər.
AzerTimes xəbər verir ki, bu barədə “Le Fiqaro” məlumat yayıb.
“Avropalıların yorğunluğu və AB-dəki parçalanma Rusiya lideri Vladimir Putinin müharibənin gedişatını dəyişdirmək üçün gözlədiyi məqamlar idi. Artıq bir neçə həftədir ki, Rusiya Prezidenti əlverişli şəraitdə öz üstünlüyünü nümayiş etdirir. Rusiya ordusu Qərbin dəstəklədiyi ukraynalılara qarşı dayandı, Putin Qərbin təcridini “qırdı” və Cənubdakı antiqərb müttəfiqlərinə söykənərək sanksiyalardan yayınıb, xarici səfərləri bərpa etdi”, – məlumatda deyilir.