Britaniya və Avropanın müdafiəsi Ukraynadan başlayır.
AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, bu sözlər Britaniya müdafiə naziri Con Hilinin “Sandey Ekpress” qəzetindəki məqaləsində yer alıb.
“Putin Ukraynada dayanmasa, digərləri, ona bənzəyənlər də cəsarətlənəcəklər. Ona görə də biz nə qədər tələb olunursa, ukraynalı dostlarımızın yanında olacağıq”, – o bildirib.
Hilin Ukraynanın Rusiyanın Kursk vilayətinə daxil olmasını müdafiə xarakterli addım adlandırıb.
O əlavə edib ki, Britaniya silahlarının Rusiyadan müdafiə əməliyyatında istifadəsi ilə qürur duyur.