Rusiya lideri ilə müsahibədən sonra Taker Karlson Vladimir Putinin Ukrayna məsələsində ciddi güzəştə getməyə hazır olduğunu düşünür.
AzerTimes xəbər verir ki, o, bu barədə Dubayda keçirilən Dünya Hökuməti Sammitində deyib.
O bildirib ki, ABŞ istisna olmaqla, müxtəlif ölkələrin, o cümlədən Rusiyanın lideri Ukrayna məsələsində güzəştə getməyə hazırdır.
Onun sözlərinə görə, Rusiya Prezidenti ilə müsahibədən sonra onda belə bir təəssürat yaranıb.
Lakin jurnalist söhbətin təfərrüatını açıqlamayıb.