Putin Ukrayna ilə danışıqlar üçün Minskə nümayəndə heyəti göndərməyə hazırdır

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlar üçün
Minskə nümayəndə heyəti göndərməyə hazırdır.

Trend-in
məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri
Peskov deyib.

“Bu kontekstdə Zelenskinin təklifinə cavab olaraq Vladimir Putin
Minskə Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Prezident
Administrasiyasının nümayəndələri səviyyəsində Ukrayna tərəfi ilə
danışıqlar üçün heyət göndərməyə hazırdır”, – deyə D.Peskov
bildirib.