Putin Türkiyəyə oxşarını göndərməyə utanır – Piontkovski

Putin Türkiyəyə oxşarını göndərməyə utanır – Piontkovski

Putin Ukraynaya qarşı müharibəni şərəfli formada, yəni “heç-heçə” ilə başa vurmağa razı deyil.

AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq və publisist Andrey Piontkovski deyib.

“Bu günlərdə Rusiyanın tanınmış casusu Tom Qremin qeyri-rəsmi formatda Putinlə danışığı barədə “Second Track” adlanan qrup tərəfindən qalmaqallı materiallar dərc olundu. Qrem Putinlə Ukraynada müharibənin dayandırılması ilə bağlı razılığa gəlməyə çalışıb. Ona işğal edilmiş ərazilərin böyük hissəsinin işğalçı ölkənin tərkibində qalması, əvəzində Rusiyanın atəşi dayandırması təklif edilir. Putin isə razılaşmır, halbuki bütün ətrafı məhz bu barədə düşünür. O, başa düşür ki, onun üçün bu, hakimiyyətin itirilməsi ilə nəticələnəcək”.

Piontkovski hesab edir ki, daxili problemlərə görə Putin Türkiyəyə səfərə getməyəcək:

“Putin Ərdoğanın yanına oxşarını göndərməyə utanacaq, amma özü də Türkiyəyə getməyəcək. Bu onun təhlükəsizlik məsələsindəki davranışından da görünür. Bundan əlavə, onun indi çoxlu daxili problemləri var”.

Teqlər: