Putin TŞ-nin iclasını keçirdi: Ukrayna müzakirəsi…

Putin TŞ-nin iclasını keçirdi: Ukrayna müzakirəsi…

Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi altında Təhlükəsizlik Şurasının iclası keçirilib.

AzerTimes xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, iclasda Ukraynada hərbi əməliyyatın gedişatı, eləcə də sosial-iqtisadi məsələlər müzakirə olunub.

“Xüsusi hərbi əməliyyatın gedişi ilə bağlı fikir mübadiləsi aparılıb. Müdafiə naziri Sergey Şoyqu əməliyyat qərargahına baş çəkməsi barədə məlumat verib”, – Kremlin bəyanatında bildirilib.

Bundan əlavə, Vladimir Putin Təhlükəsizlik Şurasının üzvlərinə son beynəlxalq danışıqlar barədə məlumat verib.

Teqlər: