Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdinə görə, çox təəccüblənib.
AzerTimes xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Təəccübünün səbəbi o idi ki, siyasi mübarizə iştirakçılarının müdafiə səviyyəsi, xüsusən də ABŞ kimi ölkələrdə bu cür təhlükələri minimuma endirilməlidir”,- o bildirib.
Qeyd edək ki, bir müddət öncə Pensilvaniya ştatında D.Trampa sui-qəsdi həyata keçirilmişdi. Keçmiş Ağ Ev rəhbəri qulağından yaralanmışdı.