Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yaxın günlərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlüksizlik Şurasının videokonfransın keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Trend-in məlumatına görə, K.Tokayev bu təklifi Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı irəli sürüb.
Rusiya prezidenti mətbuat xidmətinin məlumatında qeyd olunur ki, prezidentlərin danışığı zamanı Qazaxıstandakı vəziyyət müzakirə olunub. K.Tokayev bildirib ki, hazırda vəziyyət sabitləşməyə doğru gedir.
Tərəflər görülən tədbirlərə bağlı fikir mübadiləsi aparıb.