Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevə Respublika Günü münasibətilə təbrik məktubu göndərib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın Qazaxıstandakı səfirliyi məlumat yayıb.
“Moskva və Astana MDB, Avrasiya İqtisadi Birliyi, KTMT, ŞƏT və digər çoxtərəfli strukturlar çərçivəsində fəal qarşılıqlı fəaliyyət göstərir. Əminəm ki, biz birgə səylərlə xalqlarımızın mənafeyi, Avrasiya məkanında təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi maraqları naminə ikitərəfli əlaqələrin bütün spektrinin daha da genişlənməsini təmin edəcəyik. Rusiya ilə Qazaxıstan arasında münasibətlər strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda uğurla inkişaf edir.
Hörmətli Qasım-Jomart Kemeloviç, Sizə möhkəm cansağlığı və uğurlar, dost Qazaxıstanın bütün vətəndaşlarına isə xoşbəxtlik və firavanlıq arzulayıram”, – məktubda bildirilib.
Məktubun mətni rus və qazax dillərində yayılıb.