Rusiya Prezidenti Vladimir Putin dünən Moskvada “Krokus Siti Holl”da törədilən terror aktı zamanı yaxınları həlak olan hər kəsə başsağlığı verib və zərərçəkənlərə kömək edən hər kəsə təşəkkür edib.
AzerTimes xəbər verir ki, bu barədə Putin xalqa müraciətində bildirib.
Ölkə prezidenti əsas məsələnin “Krokus” terrorunun arxasında duranların yeni cinayətlər törətməsinin qarşısını almaq olduğunu, Moskvada və digər regionlarda əlavə antiterror tədbirləri tətbiq edildiyini vurğulayıb. Prezident terror aktını törədən dörd nəfərin hamısı saxlanıldığını, onların Ukraynaya tərəf qaçmağa cəhd etdiklərini bildirib.
O, eyni zamanda Ukrayna tərəfində, ilkin məlumatlara görə, terrorçuların sərhədi keçməsi üçün “qapı” hazırlandığını deyib. Putin “Krokus”da terror aktının təşkilatçılarının nasistlər kimi, şou-edam və qanlı hədə-qorxu aktı hazırladıqlarını deyib.