Rusiya lideri Vladimir Putinin təklifi ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya Prezidenti Bəşər Əsəd arasında telefon danışığı aparıla bilər.
AzerTimes xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.
Qəzetin məlumatına görə, Putin tərəflərə müzakirələr aparmaq üçün görüş təklif edib. Lakin Ankara bildirib ki, belə bir görüş üçün hələ tezdir. Bununla belə, Ərdoğanla Əsəd arasında telefon danışıqlarının baş tuta biləcəyi qeyd edilib. Artıq Türkiyə ilə Suriya arasındakı danışıqların baş tutması üçün bölgəni yaxşı bilən ekspertlərdən ibarət komissiyanın formalaşmasına başlanılıb”, – qəzet bildirib.