Putin Təhlükəsizlik Şurasının üzvləri ilə iclas keçirir

Rusiya Prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının
üzvləri ilə iclas keçirir.

AzerTimes-ın məlumatına görə, Kremldən bildirilib ki, V.Putin
Ukraynadakı rus qoşunlarının itkiləri ilə bağlı bir gün əvvəl
Müdafiə Nazirliyinin verdiyi məlumatları şərh edə bilər.

Xatırladaq ki, ötən gün Rusiyanın Müdafiə Nazirliyi Ukraynadakı
əməliyyat zamanı 498 hərbçinin öldüyünü, 1 597 hərbçinin isə
yaralandığını bildirmişdi.