Rusiya lideri Vladimir Putin postsovet ölkə liderlərinə Böyük Vətən müharibəsindəki qələbənin 78-ci ildönümü ilə bağlı təbrik məktubu göndərib.
AzerTimes xəbər verir ki, təbrik məktubu Azərbaycan, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkənistan, Özbəkistan, Ermənistan liderlərinə ünvanlanıb.
Həmçinin “Gürcüstan və Moldova xalqı” təbrik edilib.
Rusiya lideri bu il keçmiş SSRİ ölkələrindən Latviya, Litva, Estoniya və Ukraynanın nə liderlərini, nə də xalqını təbrik edib.
Əvəzində isə iki qondarma qurumu – Abxaziya və Cənubi Osetiyanı təbrik olunanlar siyahısına salıb.